Sentyabrın 9-da Azərbaycan dili fənni üzrə 107 şagird imtahan verəcək

A- A A+

Sentyabrın 9-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində əlavə imtahanlar təşkil ediləcək.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, həmin gün 107 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.

Xatırladaq ki, DİM 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: