Naxçıvan Dövlət Universitetində birinci ixtisas qrupu üzrə qəbul planında 23 yer boş qalıb

A- A A+

Naxçıvan Dövlət Universitetinin 2021-2022-ci tədris ili üçün qəbul planında birinci ixtisas qrupu üzrə 23 yer boş qalıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

Naxçıvan Dövlət Universitetində fizika, riyaziyyat müəllimliyi, energetika mühəndisliyi, memarlıq və riyaziyyat ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Tələbələr bu ixtisaslar üzrə ödənişli əsaslarla, əyani formada təhsil alacaqlar.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi internet vasitəsilə sentyabrın 10-dək aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: