Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 9-da Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində əlavə imtahanlar keçiriləcək.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 1057, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulur. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir.