Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul olmaq üçün 10 min 416 abituriyent ixtisas seçimi edib

A- A A+

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, abituriyentlərin ixtisas seçimi sentyabrın 10-dək aparılacaq. Bu gün saat 13:20-dək olan məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 10 min 416 abituriyent ixtisas seçimi edib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: