Naxçıvanda hərbi təhsilə maraq artıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş zamanı səsləndirilib. “Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının nəticəsidir ki, hərbi təhsilə maraq bu tədris ilində də artıb”,-deyən təhsil naziri Rəhman Məmmədov bildirib ki, IX sinfi bitirən şagirdlərdən 156-sı Heydər Əliyev adına Hərbi Liseyə qəbul olaraq kursant adını qazanıb. Bununla yanaşı, məzunlardan 30-u xüsusi təyinatlı ali məktəblərə qəbul olub. Ümumilikdə 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla 2882 məzun bitirib, onlardan 2470-i, yaxud 86 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: