Ümumi orta təhsil bazasında kolleclərə qəbul olanlar sentyabrın 23-dək qeydiyyatdan keçməlidirlər

A- A A+

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olanların müvafiq təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qəbul olmuş şəxslər sentyabrın 10-dən 23-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.

Qeyd: Boş qalan plan yerlərinə ixtisas seçimi qeydiyyat prosesi başa çatandan sonra aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: