DİM: 11 illik təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanının nəticəsi 4 gün ərzində elan olunacaq
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, şagirdlər imtahanın nəticələri ilə DİM-in saytında yerləşdirilən keçidlər vasitəsilə tanış ola bilərlər.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticəsinin isə yaxın 4 gün ərzində elan olunması nəzərdə tutulur.