Maliyyə Tədris Mərkəzində növbəti təkmilləşdirici təlim keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti iki günlük təlim təşkil olunub. Təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.

Muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq  Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işini aparmaq, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarını hazırlamaq və bu sahədə mütəxəssislərin biliklərini artırmaq məqsədilə təşkil olunan təlimin ilk günü Mərkəz əməkdaşının  “Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” mövzusu ətrafında təqdimatı olub.

Növbəti gün “Maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” modulu ətrafında beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanma mərhələləri haqqında məlumat verilib və müvafiq praktiki tapşırıqlar  yerinə yetirilib.

Hər təlimin sonunda  tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: