Naxçıvanda balaca fidanların iştirakı ilə “Oxu günü” aksiyası keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki Əcəmi seyrangahında 15 Sentyabr - Bilik Günü ərəfəsində “Kitab bizim dostumuzdur” devizi altında balaca fidanların iştirakı ilə “Oxu günü” aksiyası keçirilib.
Tədbirdə aksiyanın iştirakçısı olan şagirdlərin ifasında kitablara, mütaliəyə həsr edilən şeirlər, müdriklərdən hikmətli kəlamlar səsləndirilib. Mərkəzin dərnək üzvlərinin canlandırdığı “Qırmızıpapaq”, Hüseyn Cavidin “Qız məktəbində” şeirindən səhnəciklər və digər təqdimatlar maraqla qarşılanıb.
Təqdimatlarda əsasən gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş olunub.
Nuray Hüseynli