Naxçıvanda yeni tədris ilində 5250 şagird birinci sinfə başlayıb

365

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2021-2022-ci il tədris ilində muxtar respublikada “birinci” adını daşıyanların sayı 5250 nəfərdir. Məktəbəqədər hazırlıq qruplarına isə 3680 uşaq qəbul olunub.

Ümumilikdə isə muxtar respublikanın ümumtəhsil müəssisələrində  53524 şagird təhsil alır.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini  2882 məzun bitirib, onlardan 2470-i ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İmtahanda iştirak edən məzunlardan 1612-si ali təhsil müəssisələrinə qəbul olub. Muxtar respublika üzrə 261 məzun 500-dən yuxarı bal toplayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: