Culfa rayonunda sağlamlıq imkanları məhdud daha bir uşaq distant tədrisə cəlb olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni tədris ili ərəfəsində, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayonundan daha bir sağlamlıq imkanları məhdud uşaq - Mərdan Əsgərli distant tədrisə cəlb edilib. Yeni məktəbli zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Mərdanın valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, muxtar respublikada müvafiq kateqoriyadan olan uşaqlar “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı olaraq ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunur.