Azərbaycanda 90-a yaxın ölkənin vətəndaşı təhsil alır - Nazirlik

A- A A+

Ötən ilin statistikasına əsasən 89 ölkədən 6600 əcnəbi tələbə ölkəmizdə təhsil alır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Təhsil nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Məmmədli bildirib.

O qeyd edib ki, Qoşulmama Hərəkatına üzv olan 120 ölkə üçün və İƏT üzvü olan 53 ölkə üçün təqaüd yerləri ayrılıb:

"Hazırda Azərbaycan sərhədi 42 ölkəyə açıqdır. Oktyabr ayından bu tədris ili üçün müraciət etmiş əcnəbi vətəndaşların siyahısını yekunlaşdıracağıq. Bəzi təhsil sahələri var ki, praktik məşğələlərə gərək duyulur. Bunlardan biri tibb sahəsidir. Hansı ki, bu sahədə təhsil alan əcnəbi tələbələr çoxluq təşkil edir. Həmin vətəndaşların sözügedən 42 ölkə arasında olmaması halını nəzərə alaraq bu barədə müvafiq dövlət qurumlarına müraciət edilib".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: