NDU- da ilk dəfə Tələbə simfonik orkestrinin Milli Musiqi Gününə həsr olunan konserti keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, açıq havada təşkil olunan konsertdə rektor Elbrus İsayev Azərbaycan musiqisinin klassiki, opera sənətimizin banisi, görkəmli alim, dramaturq, pedaqoq və ictimai xadim olan Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Rektor qeyd edib ki, Azərbaycanda, eləcə də müsəlman Şərqində ilk ali musiqi təhsil ocağı-konservatoriyanın 1921-ci ildə Üzeyir bəyin sayəsində yaradıldığını qeyd edərək universitetdə fəaliyyət göstərən Konservatoriyanın muxtar respublikada musiqiçi kadrların yetişməsində müstəsna rola malik olduğunu diqqətə çəkib.

Daha sonra İncəsənət fakültəsinin yeni yaradılan Tələbə simfonik orkestrinin 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş konserti təqdim olunub.

Xalq artisti, professor Çingiz Axundovun bədii rəhbərlik etdiyi orkestr maraqlı repertuarla çıxış edib. “Buta” instrumental ansamblının, Prezident mükafatçısı Samir İsmayılovun, Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın, Azərbaycan Respublikasının əməkdar artisti Tural Nəcəfovun, İncəsənət fakültəsi və Musiqi Kollecinin tələbələrindən ibarət vokal qrupun dahi bəstəkarın məşhur əsərlərindən ibarət ifaları konsert iştirakçılarında xoş ovqat yaradıb.

Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Arşın mal alan” operettasından “Müqəddimə”, eləcə də “Telli və Vəlinin” dueti, həmçinin “Cahan xalanın kupletləri”, “Sevgili canan”, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyası və “Dilbərin nəğməsi”, Müslüm Maqomayevin “Azərbaycan” ifaları da səsləndirilib.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: