Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu LMQS layihəsinin növbəti konfransı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa Birliyinin Erasmus+ LMQS “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistrı” layihəsi çərçivəsində keçirilən onlayn görüşdə Universitetin Tibb fakültəsinin renovator qrupunun üzvləri fəal iştirak ediblər.
Layihədə peşəkar səhiyyə işçiləri arasında aparılmış tədqiqatların nəticələrinin təhlili, tədqiqatların nəticələri əsasında müəyyən olunmuş prioritet bakalavr peşəsi üçün peşə kartının müzakirəsi, tədqiqatların nəticələri əsasında müəyyən olunmuş prioritet magistr peşəsi üçün peşə kartının müzakirəsi və s. məsələlər müzakirə olunub.
Avropa Birliyinin layihə üzrə baş koordinatoru Yunanıstan Qərbi Attika Universitetinin professoru Panos Yannakopoulos və fransalı konsultant professor Jan Noel Paşu, Avropa eksperti Katalin İlasku iştirakçıları layihə ilə bağlı maraqlandıran sualları cavablandırıb.
Görüşdə, həmçinin ixtisaslı tibbi kadrların artırılması, tədrisdə innovativ metodların tətbiqi məsələləri də geniş təhlil edilib.
Səadət Əliyeva