Naxçıvan Bölməsində professor Kərim Kərimovun 100 illiyinə həsr olunmuş konfrans keçirildi

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Sənətşünaslıq elminin görkəmli siması” mövzusunda  keçirilən elmi konfransda Bölmənin sədri, akademik İsmayıl Hacıyev Kərim Kərimovun yaradıcılıq yoluna qısa nəzər salaraq onun Azərbaycan sənətşünaslıq elminin, miniatür sənətinin tədqiqi və inkişafında olan mühüm rolunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, miniatürşünaslıq elminin mahir tədqiqatçısı Kərim Kərimov nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da mədəni abidələrimizin əsl təbliğatçısı kimi nümunəvi həyat və yaradıcılıq yolu keçib.

Konfransda onlayn iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, professor Kərim Kərimov Azərbaycan sənətşünaslıq elmində zəngin irs qoymuş alimlərdən biridir. Azərbaycan realist rəssamlıq məktəbinin tanınmış nümayəndəsi Bəhruz Kəngərli haqqında ilk və zəngin tədqiqatlar da məhz Kərim Kərimov qələmi ilə ərsəyə gəlib.

AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, Naxçıvan Rəssamlar Birliyinin Baş fond müdiri, dosent Nizami Alıyev, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, dosent Həbibə Allahverdiyeva və AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Şəmsiyyə Zalova çıxış edərək alimin həyat və yaradıcılığının müxtəlif dövrlərini təhlil ediblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: