NDU-nun kollektivi “Muzey günləri” çərçivəsində Bəhruz Kəngərli muzeyində olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, muzey bələdçisi qonaqlara məlumat verib ki, 9 ekspozisiya zalı olan muzeyin fondunda ümumilikdə 1300-dən çox eksponat nümayiş olunur. Bunlardan da 61-i orijinal rəsm əsəridir. Qeyd edilib ki, teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. 

Muxtar respublikada da Bəhruz Kəngərli irsi hər zaman diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi salonuna Bəhruz Kəngərlinin adı verilib, rəssamın əsərlərindən ibarət albom-kataloq hazırlanıb. Eyni zamanda rəssamın 120 illik yubileyi muxtar respublikada geniş şəkildə qeyd olunub. 2016-cı ilin may ayının 25-də isə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, parkda görkəmli rəssamın abidəsi ucaldılıb.

Sonda İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov görkəmli rəssamın həyat və yaradıcılığını əks etdirən rəsm əsərini universitet adından muzeyə hədiyyə edib.  

Fəxriyyə Səyyadova
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: