Sabahdan Azərbaycanda payız fəsli başlayır

A- A A+

Sentyabrın 22-si saat 23:21-də Azərbaycana payız fəsli qədəm qoyacaq.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu halda payız gecə-gündüz bərabərliyi baş verir. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.

Qeyd edək ki, qış fəsli (qış günəş duruşu) dekabrın 21-i saat 19:59–da Azərbaycana qədəm qoyacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: