2021/2022-ci tədris ili üçün peşə təhsili üzrə dərsliklərin çap edilməsinə başlanılıb

A- A A+

2021/2022-ci tədris ili üzrə təhsilin keyfiyyətinin artırılması, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili məqsədilə dərsliklərin çap edilməsinə başlanılıb. Peşə təhsilinin mühəndis-pedaqoji heyəti, həmçinin təhsilalanlar üçün ümumilikdə 33 adda 116 min, ixtisas modulları üzrə isə 207 adda 213 min 350 dərs vəsaitinin çapı nəzərdə tutulub.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə 265 min 50 dərs vəsaitinin çapı yekunlaşıb. Növbəti mərhələ üzrə isə 64 min 300 dərs vəsaiti çap olunacaq.

Nəşr edilən və peşə məktəblərinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil sahələrini əhatə edir.

Çap edilən dərsliklər turizm istiqaməti üzrə turizm təşkilatçısı, turizm sahəsində iaşə üzrə mütəxəssis, mehmanxana inzibatçısı ixtisaslarını, kənd təsərrüfatı istiqaməti üzrə aqroservis, bitkiçilik, heyvandarlıq mütəxəssisləri, iaşə və xidmət istiqaməti üzrə isə geyim dizayneri, dərzi və bu kimi digər ixtisasları özündə birləşdirir. Həmçinin yeni tədris ilindən etibarən kənd təsərrüfatı istiqamətində üzümçülük və şərab ustası, meyvə ustası, tərəvəz ustası, arıçılıq, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer və sənaye istiqaməti üzrə mebel ustası ixtisaslarına dair dərsliklərin çapı nəzərdə tutulub.

Qeyd edək ki, 2020/2021-ci tədris ilindən başlayaraq ilk dəfə olaraq peşə təhsili pilləsi üzrə dərsliklərin nəşrinə başlanılıb. Ümumilikdə peşə məktəbləri üçün 2020/2021-ci tədris ili üzrə 184 min 67 dərs vəsaitinin çapı həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: