Vakant yerlərə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının doqquzuncu nömrəsində veriləcək

A- A A+

“Abituriyent” jurnalının 9 və 10-cu nömrələrini avqustun 24-də əldə etmək mümkün olacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 9-cu nömrəsində (elektron versiyada, pdf şəklində) Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdiriləcək.

DİM-dən NUHÇIXAN-a bildiriblər ki, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı yer alan “Abituriyent” jurnalının 10-cu nömrəsi isə həmin gün (günün ikinci yarısında) çap olunacaq.

“Abituriyent” jurnalının 9-cu nömrəsinin elektron versiyasını (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş yolu ilə əldə etmək mümkün olacaq

(Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Jurnalın 10-cu nömrəsiniı isə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq mümkün olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: