Naxçıvan Muxtar Respublikasının Təhsil naziri "TEKNOFEST-2021"də iştirak edir - YENİLƏNƏCƏK - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri İstanbulda keçirilən "TEKNOFEST-2021"də iştirak edir.
Səfər çərçivəsində təhsil naziri Türkiyə Respublikasının Sənaye və texnologiyalar naziri Mustafa Varank və Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlçuk Bayraktarla görüşüb, şagirdlərin hazırladığı STEAM layihələri ilə tanış olub.