Naxçıvanda Anım Günü ilə bağlı keçirilən interaktiv dərs 200-dən çox təhsil müəssisəsində izlənilib - FOTOLAR

A- A A+

Bu gün Xatirə Muzeyində “27 sentyabr - Anım Günü” mövzusunda interaktiv dərs təşkil olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhər 5 nömrəli məktəbin tarix müəllimi Şəhla Əliyeva tərəfindən aparılan dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib. Bildirilib ki, 2021-2022-ci tədris ilindən muxtar respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” tədris olunur. Şəhla Əliyeva qələbə qazandığımız 44 günlük Vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verib.

Qeyd edilib ki, Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan və Hadrut qəsəbələri düşməndən azad edildi, Şuşa şəhərinə 8 noyabrdakı tarixi qayıdışımızdan sonra isə Ermənistan kapituliyasiyaya imza ataraq məğlub oldu.

Böyük Qələbənin qazanılmasında Naxçıvandan olan hərbçilərin, xüsusi təyinatlılarımızın rəşadəti əsaslı rol oynadı. Vətən uğrunda döyüşlərdə Naxçıvan yüzlərlə şəhid verdi. Buna görə də Azərbaycan Respublikasının Prezidenti 10 noyabr tarixində Qələbə xəbərini xalqa çatdırarkən Naxçıvandan cəbhəyə yollanan igidlərimizin qəhrəmanlıqlarından xüsusi söz açdı.

Vurğulanıb ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər il 27 sentyabr “Anım Günü”, 8 noyabr isə “Zəfər Günü” kimi qeyd ediləcəkdir.

Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: