“Naxçıvan” Universitetində Keyfiyyət Təminatı Mərkəzi yaradılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Keyfiyyət Təminatı Mərkəzinin yaradılmasında məqsəd tələbəyönümlülük, tədrisdə və öyrənmədə keyfiyyətliliyə nail olmaq və rəy mexanizmlərinin formalaşdırılması və istər akademik, istərsə də inzibati heyətin peşəkarlığının təmin edilməsindən ibarətdir.

Qeyd edək ki, “Naxçıvan” Universiteti uğurlu keyfiyyət təminatı sistemi yaradılması ilə universitetin beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə, əmək bazarı üçün yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına, idarəçiliyin keyfiyyətinin yüksəldilməsinə, universitet daxilində hesabatlılığın və davamlı monitorinqin təmin olunmasına, universitetin cəmiyyətə verdiyi töhfələrin artırılmasına nail olmağı hədəfləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: