Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1861 nəfər 600 və daha yuxarı bal toplayıb.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu il qəbul imtahanlarında II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 196 nəfər yüksək nəticə göstərib.