AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev 21 sentyabr 2021-ci il tarixdə keçirilən müşavirədən irəli gələn vəzifələrlə bağlı gənc tədqiqatçıları məlumatlandırıb.
Akademik diqqətə çatdırıb ki, AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazası ilbəil təkmilləşdirilir, elmi tədqiqatların, çöl tədqiqatlarının aparılması üçün hərtərəfli şərait yaradılıb. Gənc tədqiqatçılar da öz növbəsində elmin inkişafına göstərilən diqqət və qayğıdan səmərəli istifadə etməli, öz sahələri çərçivəsində elmə xidmət etməyi bacarmalı, yüksək elmi əhəmiyyəti olan məqalələr beynəlxalq elmi ictimaiyyətinə təqdim olunmalıdır. İxtisaslı alim və tədqiqatçı-mütəxəssislərin hazırlanmasının önəmini vurğulayan bölmə rəhbəri gənclərin apardıqları tədqiqatların gedişatı ilə maraqlanıb.
Tədbirdə gənclərin elmi təqdiqatları ilə əlaqədar qazandıqları nailiyyətlər təhlil olunub, qarşılaşdıqları problemlər dinlənilərək müvafiq tövsiyələr verilib.