Rezidenturaya qəbul olanlar tələb edilən sənədləri 2021-ci il oktyabrın 12-dən 15-dək müvafiq qurumların (Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinin, Tibb Universitetinə və digər klinik bazalara, o cümlədən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinin) müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, daha ətraflı məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.