AMEA Naxçıvan Bölməsi əməkdaşlarının məqaləsi nüfuzlu elmi jurnalda nəşr olunub

A- A A+

AMEA Naxçıvan Bölməsi əməkdaşlarının “Naxçıvan Muxtar Respublikası ərazisində Cerasus vulgaris Mill. - adi albalı meyvələrinin antioksidant aktivliyi” adlı məqaləsi Hindistanın impakt faktorlu “Biologiya elmləri və biokimya” beynəlxalq jurnalında dərc olunub.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, biologiya üzrə fəlsəfə doktorları Surə Rəhimova, Aydın Qənbərli və aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırovun həmmüəllifliyi ilə ərsəyə gələn məqalədə  muxtar respublika ərazisində bitən yerli və introduksiya olunmuş sort və formalar üzərində aparılan araşdırmaların nəticələri əksini tapıb. Adi albalı növünün rayonlar üzrə yayılması və genetik ehtiyatı haqqında bilgilərin yer aldığı məqalənin digər bir əhəmiyyəti ondan ibarətdir ki, burada çöl tədqiqatları zamanı, eləcə də laboratoriya şəraitində qeydə alınan nəticələr paralel təqdim olunur.

Spektrofotometrik metodla aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikası ərazisində yetişən adi albalı növü yüksək antioksidant aktivliyə malik olması baxımından digər növlərdən fərqlənir. Tədqiqat nəticəsində albalı meyvələrində yüksək səviyyədə biokimyəvi cəhətdən sərbəst radikal neytrallaşdırma aktivliyi aşkar edilmiş, alınan nəticələr qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: