Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” jurnalının 4-cü nömrəsini nəşr edib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar təqdim olunub.
Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.