Abituriyentlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər

A- A A+

Abituriyentlər bu il aprelin 29-da keçirilmiş sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər.

Sual kitabçalarının elektron versiyasını (pdf formatında) Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı ", “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)

Mərkəzdən naxcivantv.az-a bildirilib ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Aprelin 1-dən 15-dək keçirilən sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını da (pdf formatında) elektron xidmətlər bölməsindən əldə etmək mümkündür.

Qeyd edək ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın iki gündə elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell Telekom”, “Bakcell”, “Nar”) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: