Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbulda ən yüksək keçid balı yoluxucu xəstəliklər ixtisası üzrə olub
2021-2022-ci tədris ili üçün Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbulda ən yüksək keçid balı yoluxucu xəstəliklər ixtisası üzrə 73 bal olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Rezidentura” jurnalının 4-cü nömrəsində məlumat verilib. Bildirilib ki, ən aşağı keçid balı isə anesteziologiya-reanimatologiya, urologiya, psixiatriya, nefrologiya, fizioterapiya və tibbi bərpa, ftiziatriya ixtisaslarında 50 olub.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetində isə yoluxucu xəstəliklər ixtisasına qəbul üçün keçid balı 77 olub.