Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

A- A A+
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatır. Belə ki, kolleclərə qəbul olunanlar bu günün sonunadək lazımi sənədləri təqdim etməklə müvafiq təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, abituriyentlər lazımi sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndirilərək qəbul olunanlar siyahısından xaric ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: