Naxçıvan Bölməsində professor Abbbas Zamanovun 110 illik yubileyi qeyd olunub - FOTOLAR

A- A A+

“Görkəmli ədəbiyyatşünas alim, əməkdar elm xadimi, professor   Abbas Zamanov XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının və elmi-ictimai fikrinin ən görkəmli tədqiqatçılarından biridir. “Yazıçı və müasirləri” problemini ədəbiyyatşünaslıq elmimizə gətirən professor Abbas Zamanov bu istiqamətdə dəyərli araşdırmalar apararaq Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığının görkəmli tədqiqatçılarından biri kimi tanınıb”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər görkəmli alim Abbas Zamanovun 110 illik yubiley tədbirində Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli tərəfindən səsləndirilib.

“Hələ sovet  ittifaqı dövründə "Abbas Zamanov bağış kitablığı" yazılmış kitabxana Ərzurum Universitetində fəaliyyətə başlayıb və aradan illər keçib, Sovet İttifaqı dağılıb, o kitabxana isə bu gün də fəaliyyət göstərir. Abbas Zamanov kitabxanadakı bütün kitabları öz şəxsi hesabına alıb və Türkiyəyə göndərib.Bu gün Cənubi Azərbaycandakı kitabxanalarda da görkəmli ziyalının göndərdiyi mindən artıq kitab saxlanılır və istifadə olunur”,-deyə   Bölmənin Əlyazmalar Fondunun direktoru Fərman Xəlilov vurğulayıb.

Sonra alimin həyat və yaradıcılığı ilə bağlı Bölmə əməkdaşlarının məruzələri dinlənilib.

                                                                                                                                                             Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: