V Tətbiqi İctimai Elmlər beynəlxalq konfransında Naxçıvan arxeoloji abidələri ilə bağlı məruzə dinlənilib

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov konfransında “Keramika məmulatları fonunda Naxçıvanın Orta Tunc dövrü mədəniyyəti” mövzusunda məruzə edib.

Malta Universitetinin, İzmir Təsəvvür MAM və Aydın Adnan Menderes Universiteti Quşadası Turizm fakültəsinin təşkilatçılığı keçirilən keçirilən konfransda alim Naxçıvan Muxtar Respublikasının ərazisindəki II Kültəpə, Şahtaxtı, Nəhəcir, Yaycı və digər arxeoloji abidələrdən aşkar etdiyi Orta Tunc dövrünə aid keramika məmulatlarının tipoloji, ornamental xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Məruzəçi dünya elm nümayəndələrinin diqqətinə çatdırıb ki, aşkar olunan arxeoloji materialların müqayisəsi qeyd olunan dövrdə Naxçıvan bölgəsinin boyalı qablar mədəniyyətinin əsas mərkəzi olduğunu sübut edir.

Məruzənin ardından iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: