NDU professoru Teymur Abbasovun kitabının təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “İdarəetmə uçotu: beynəlxalq və milli uçot standartları” adı altında çap olunan kitabın təqdimat mərasimində universitetin rektoru Elbrus İsayev dərs vəsaitindən təkcə müəllim, bakalavr, magistr, doktorant və dissertantlar deyil, həm də menecerlərin, iqtisadçıların, peşəkar mühasiblərin də istifadə edə biləcəyini vurğulayıb.
Müəllifin dərs vəsaitində dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda idarəetmə uçotunun Qərb idarəetmə uçotuna uyğunlaşdırılması problemlərinə toxunduğunu deyən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseynov kitabın fəsilləri haqda ayrı-ayrılıqda məlumat verib. Bildirilib ki, müəllifin gərgin əməyi nəticəsində ərsəyə gələn, 9 fəsil və əlavələr və idarəetmə uçotuna dair terminoloji lüğətin əks olunduğu kitabın fəsillərinin hər birində bu sahə ilə bağlı geniş araşdırmalar oxucuların diqqətinə çatdırlır.
Sonda müəllif kitabın ərsəyə gəlməsində göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Fəxriyyə Səyyadova