AMEA Naxçıvan Bölməsində ötən doqquz ayının yekunları müzakirə olunub - FOTOLAR

A- A A+

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bununla əlaqədar keçirilən iclasda Bölmənin sədri, akademik İsmayıl Hacıyev bu ilin doqquz ayı ərzində yerinə yetirilən işlərdən, qazanılan elmi nəticələrdən bəhs edib.

Vurğulanıb ki, il ərzində bölmə əməkdaşlarının 11 monoqrafiya, 5 kitab, 1 kitabça, 2 metodik vəsait, 286 elmi məqalə, 152 konfrans materialı, 3 tezis olmaqla 460 elmi əsəri çap olunub, 3 buklet və 1 xəritə tər­tib edil­ib, 3 monoqrafiya, 59 məqalə, 63 konfrans mate­ria­lı, 2 tezis xaricdə nəşr olunub. Bölmə əməkdaşlarının 37 məqaləsi impakt faktorlu jurnallarda  yer alıb, “Elmi əsərlər” və “Ax­tarış­lar” jur­nal­­la­rı­nın hər birinin 3 nömrəsi nəşr olunub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmalara başlanılıb, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 illiyinə həsr edilməsi ilə əlaqədar elmi məqalələr hazırlanaraq sistemləşdirilib, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə muxtar respublikanın Moskva və Qars müqavilələri ilə təsbit olunmuş ərazilərini əks etdirən xəritətələr tərtib olunub.

Ötən doqquz ay ərzində AMEA Naxçıvan Bölməsi ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Gürcüstan və başqa ölkələrin 20-dən çox elm və təhsil mərkəzi ilə səmərəli elmi əmək­daşlıq edib, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Bölmədə 1 beynəlxalq, 1 respublika, 4 muxtar respublika, 12 bölmə səviyyəli elmi konfrans, 9 təd­bir, oxunması zəruri olan 5 kitabın müzakirəsi və 9 təqdi­mat keçirilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Dövlət Uni­versitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 10 ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə seminarlar, açıq dərslər, labo­ra­to­riya məşğələləri və digər tədbirlər keçi­ril­ib, elmi dərəcəsi olan 45 elmi dərəcəli əməkda­ş muxtar respublikanın 26 ümum­təh­sil məktəbində nümunəvi dərslər tədris ediblər.

Sonda iclas iştirakçılarının sualları cavablandırılıb, bölmənin gələcək səmərəli fəaliyyəti üçün irəli sürülən təkliflər dəyərləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: