Muxtar respublikada istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdlər diqqətdə saxlanılır

A- A A+

Muxtar respublikamızda bütün sahələrin inkişafı ilə yanaşı, təhsil sahəsi də yüksək qayğı ilə əhatə edilib. Bu sahədə həyata keçirilən tədbirlər gələcəyimizə hesablanmış islahatdır.Təhsil müəssisələri üçün yeni binalar tikilir, ümumtəhsil məktəbləri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir.Bu gün təkcə Naxçıvan şəhərində yox, həm də bütün rayon və kəndlərimizdə belə məktəb binaları ali təhsil ocaqlarının binalarından  heç də seçilməyən geniş işıqlı, elektron lövhəli  sinif otaqları, laboratoriyalar, fənn kabinləri, kompüter sinifləri, müasir idman zalları olan tədris ocaqları  müəllim və şagirdlərin ixtiyarına verilir. Bunlarla yanaşı, yeni təlim texnologiyalarına uyğun kadr potensialının möhkəmləndirilməsi,informasiya-kommunikasiya texnologiyalarının təhsil müəssislərində geniş tətbiqi, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını möhkəmlətmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq Sərəncam istedadlı şagirdlərin aşkara çıxarılmasına mühüm töhfə olacaqdır. Sərəncamda deyilir:“Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər və maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin müasir tədris avadanlıqları ilə təmin olunması, pedaqoji heyətin təkmilləşdirmə kurslarına cəlbi, kimya və biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi yeni tipli təhsil müəssisəsinin yaradılmasını zəruri etmişdir”.

Sevindirici haldır ki, artıq kimya və bilogiya fənni müasir üslubda keçiriləcəkdir. 4 mərtəbədən ibarət olacaq binada tədris korpusu, idman zalı, kimya və biologiya laboratoriyaları, ayrı-ayrı sinif otaqları, yataqxana, kompüter otağı akt zalı və camaşırxana fəaliyyət göstərəcəkdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən aldığımız məlumata görə liseyə qəbul ümumtəhsil məktəblərinin VII sinfində təhsil alan şagirdlər arasında müsabiqə yolu ilə aparılacaqadır. Müsabiqədə ən yüksək nəticə göstərən şagirdlərdən 30 oğlan və 30 qız olmaqla 60 şagird liseyə qəbul olunur. Bəzi hallarda tədris ili ərzində istedadlı şagirdlər, habelə kimya və biologiya fənlərindən keçirilən olimpiadalarda fərqlənən şagirdlər fərdi qaydada liseyə qəbul olunmaq imkanı əldə edə biləcəklər.  Liseydə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla təhsilalanların hərtərəfli inkişafına xidmət edəcəkdir. Liseydə ayrı-ayrı fənlərin tədrisi keyfiyyətini və təlimin məzmununu yaxşılaşdırmaq məqsədilə fənn metodik birləşmələri təşkil ediləcəkdir. Metodbirləşmə rəhbərinin başlıca vəzifəsi müəllimlərə və tərbiyəçilərə metodiki köməklik göstərmək, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsinə və təlim prosesində tətbiq olunmasına, tədris planı və proqramların, metodik tövsiyələrin yerinə yetirilməsinə nəzarət etmək, təlimin məzmunu ilə əlaqədar təkliflər hazırlamaq, təlimin keyfiyyətini öyrənib təhlil etmək, nəticəni müzakirəyə çıxarmaq üçün müəllimlərin və tərbiyəçilərin təşəbbüskarlığını və yaradıcılığını artırmaqdan ibarətdir.

                                                                  Nuray Əsgərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: