Akademik İsmayıl Hacıyev Qars müqaviləsinin 100 illiyinə hər olunmuş interaktiv dərs keçdi - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya  Agentliyinə bildirilib ki,  muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün keçilən  interaktiv dərsdə Bölmənin sədri İsmayıl Hacıyev ötən əsrin əvvəllərində Cənubi Qafqazda mövcud olan ağır siyasi vəziyyət, xarici qüvvələrin Naxçıvanla bağlı planları, Moskva və Qars müqavilələrinin imzalanmasını labüd edən səbəblərdən bəhs edib. Alim 1918-1920-ci illərdə erməni daşnaklarının Naxçıvanı Azərbaycandan qoparmaq üçün izlədikləri qeyri-leqal siyasi xətt, törədilən qırğınlar haqqında ətraflı məlumat verib. Naxçıvan əhalisinin daşnaklara qarşı inadlı müqaviməti, Behbud ağa Şahtaxtinskinin fəaliyyətinin Naxçıvan dövrü, Türkiyənin bu məsələdəki dəstəyi və rolu, zəruriləşən muxtariyyət məsələsi dərsin aparıcı xəttini təşkil edib.

Akademik şagirdlərə 1921-ci ildə Naxçıvanda keçirilən referendumun muxtariyyət statusunun qazanılmasındakı, Moskva və Qars müqavilələrində Naxçıvanla bağlı müddəanın qeyd olunmasındakı əhəmiyyətini izah edib, onlara tarixi Qars konfransı haqqında məlumat verib.

“Müddətsiz imzalanmış müqavilə ilə Ermənistan Naxçıvanı Azərbaycan ərazisi kimi tanıdı, Naxçıvan vilayətinin Azərbaycanın himayəsinə verildiyini və Azərbaycanın müdafiəsini qəbul etdiyini təsdiqlədi”, - deyən alim Qars müqaviləsini türk diplomatiyasının mühüm qələbəsi adlandırıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanın muxtariyyət əldə etməsində Moskva və Qars müqavilələrinə böyük əhəmiyyət verdiyi qeyd edən Bölmə rəhbəri dahi liderdən və böyük sərkərdə Mustafa Kamal Atatürkdən sitatlar gətirib. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 8 fevral 2021-ci il tarixli Sərəncam və təsdiq olunan Tədbirlər Planının tarixi keçmişimizə mühüm diqqət olduğunu söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: