Kanada muzeyinin əməkdaşı Daniellə Fraserin başçılıq etdiyi tədqiqat qrupu tərəfindən “Grasslands National Park”da aparılan arxeoloji qazıntılar zamanı 23 milyon il bundan əvvələ aid at, pişik və kərgədan qalıqları aşkarlanıb.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, D.Fraser qalıqların miosen dövrünə aid olduğunu bildirib. O deyib: “Lap qədim dövrə aid olan bu qalıqları Kanadada tapmaq həqiqətən həyəcanverici və təəccüblüdür. Çünki son buz dövründən sonra Kanadada bu yaşda qalıqların aşkarlanması çox nadir haldır. Gələcəkdə arxeoloji qazıntılarımızı davam etdirərək kiçik gəmirici məməlilərin qalıqlarını axtaracağıq. Bu sahədəki tədqiqatımız təxminən 10 il davam edəcək”.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.