NDU-da I kurs magistrantlarla görüş keçirilib - FOTOLAR

487

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Elm və innovasiyalar bölməsi  ilə Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi 2021-2022-ci tədris ilində magistrant adını qazanmış təhsilalanlarla görüşdə  Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev  magistrləri təbrik edib, onlara uğurlar arzulayıb. Bu il magistraturaya 250 yerə qarşı 226 magistrantın qəbul olduğunu bildirən rektor qəbul faizinin 90 faizdən artıq olduğunu, ixtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyət danışıdığını, universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın təhsil sahəsinə mühüm töhfələr verdiyini, universitetdə bu tədris ilindən etibarən magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılacağını deyib.

Daha sonra Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova universitetin elmi fəaliyyətinin inkişafında təhsilalanların rolundan danışıb, ötən tədris ilində TEC-nin uğurlu fəaliyyəti videoçarxlarla tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Sonda könüllülük fəaliyyəti nəticəsində universitetin Elm və innovasiyalar bölməsində işçi kimi çalışan Türkan Quliyeva çəkdiyi “Naxçıvan mənzərəsi” adlı rəsm əsərini rektora hədiyyə edib.  

                                            Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: