Dövlət İmtahan Mərkəzi hamiliklə bağlı görüş keçirib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.
Mərkəzin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları Razi Məmmədov “Azərbaycanda dövlət qulluğunun təşəkkülü və əsas tarixi mərhələləri”, Məmməd Babayev isə “Dövlət qulluğu və dövlət qulluqçusu” mövzularında hazırlanmış slaydlar vasitəsilə geniş məlumat veriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.