Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2020/2021-ci tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 97 min 163 nəfər olub. Onların 85 min 925-i dövlət, 11 min 868-i isə özəl müəssisələrdə təhsil alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2021” məcmuəsində əks olunub.
Nəşrdə bildirilir ki, 2001-ci ildə bu göstərici 49 min 858, 2016-cı ildə 78 min 662 olub. 2010-cu ildə isə 65 min 112 qadın ali təhsil ala bilib.