NMİ-də “Magistrantların elmi fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, II kurs magistrantlar və elmi rəhbərlərin iştirak etdiyi müşavirədə institutun rektoru Azad Novruzov 5 istiqamət üzrə doktorantura səviyyəsinə qəbulun aparılmasından və pedaqoji elmlər üzrə Dissertasiya şurasının fəaliyyətindən danışıb. Rektor bildirib ki, magistr dissertasiya mövzuları müəyyənləşərkən müasir problemlərin tədqiqi diqqət mərkəzində olmalıdır. Haliyədə institutumuzda II kurs magistratura pilləsi üzrə 40 nəfər müxtəlif mövzularda dissertasiya işi yerinə yetirir. İxtisas kafedralarından verilən məlumatlar bunu deməyə əsas verir ki, dissertasiyaların işlənmə vəziyyəti eksperimental hissənin işlənməsi mərhələsindədir. Magistrantların mövzuları üzrə 1 elmi məqalə və 1 konfrans materialı dərc olunub.

Müşavirə mövzu ətrafında çıxışlar, magistrantların fəallığı ilə müzakirə formatında davam etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: