Naxçıvan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisasının 25 illiyi qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətilə ali təhsil ocağında “Gələcəyin hüquqşünasları” mövzusunda elmi-praktik konfrans keçirilib.

“1996-cı ildə “Hüquqşünaslıq” ixtisası “Tarix-filologiya” fakültəsinin tərkibində tədrisə başlayıb, 1998-ci ildə isə “İqtisad” fakültəsinin nəzdində fəaliyyətini davam etdirib. Hal-hazırda “Beynəlxalq münasibətlər və xarici dillər” fakültəsinin tərkibində fəaliyyətini davam etdirən ixtisas daim dövlət qayğısının əhatəsində olub”-deyən  rektor Elbrus İsayev bildirib ki, muxtar respublikada hüquq-mühafizə orqanlarının kadrla təminatı baxımından əsas baza rolunu oynayan ixtisasın bu illərdə minlərlə məzunu olub. İxtisasın perspektivləri nəzərə alınaraq gələcəkdə ikili diplom layihələrində fəal iştirakı nəzərdə tutulur. Rektor ixtisasın 25 illiyi münasibətilə müəllim və tələbələri təbrik edib.

“Hüquq fənləri” kafedrasının dosenti Şükür Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun tövsiyyəsi əsasında yaradılan fakültəyə ilk illlər muxtar respublikanın  hüquq-mühafizə  orqanlarında və dövlət strukturlarında çalışan  səriştəli və təcrübəli mütəxəssislər cəlb olunub və  1997- ci ilin iyununda “Hüquq fənləri” kafedrası təşkil edilib. Artıq ixtisası bitirən məzunların kafedrada işlə təminatı uğurlu həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şöbə müdiri Səttar Zamanov, “Hüquq fənləri” kafedrasının müəllimi Əziz Qasımov həm bu ixtisasın məzunları, həm də kafedranın müəllimləri olmaqdan qürur duyduqlarını dilə gətiriblər.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin şöbə müdiri Cahan Bayramova, türkiyəli məzun İstanbul Ticarət Məhkəməsinin müdiri Abdurrahman Eyuboğlu ürək sözlərini çatdırıb, xatirələrini bölüşüblər.

Tədbirə onlayn olaraq qatılan Yasamal Rayon məhkəməsinin sədri İslam Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə rəisi, ədliyyə polkovniki Fikrət Vəliyev arzu və təbriklərini çatdırıb, uğur diləyiblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: