“Naxçıvan” Universitetində konfrans: “Müasir dünya siyasətində Azərbaycanın yeri və geosiyasi reallıqlar” - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransda universitetin rektoru, dosent Nurlana Əliyeva 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən bəhs edib. Qeyd edib ki, Azərbaycan bu gün regionda lider dövlətdir. Azərbaycan xalqı Vətən müharibəsində ordusunun və Ali Baş Komandanın ətrafında sıx birləşərək  bu tarixi zəfəri əldə etdi.

“Böyük şahmat taxtasında Cənubi Qafqaz, İkinci Qarabağ müharibəsi və geosiyasi həmlələr” mövzusunda çıxış edən Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev bildirib ki, dünya siyasətçiləri tərəfindən bu gün Azərbaycan strateji baxımdan son dərəcə mühüm region hesab edilir. Məruzəçi vurğulayıb ki, balanslı və uğurlu xarici siyasət yürüdən Azərbaycan bir neçə nəhəng ölkə ilə həmsərhəd olmasını problemə yox, həm region, həm də dünyanın başqa ölkələri üçün dəyərə çevirməyi bacarıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov tələbələrin suallarını cavablandırıb.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: