AMEA Naxçıvan Bölməsində Xalq rəssamı Kamil Əliyevin yubileyi qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  Xalq rəssamı Kamil Əliyevin 100  illik yubileyi münasibətilə keçirilən elmi konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edən rəssamın yaradıcılığından danışıb. Bildirilib ki, Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr verib. Kamil Əliyev 1980-2004-cü illər arasında “Ümummilli liderimiz Heydər Əliyev” xalçasının onlarla variantda layihəsini hazırlayıb və bu layihələrdən üçünü ilmələr üzərinə köçürüb. Əsər əvvəllər Naxçıvan Dövlət Xalça Muzeyində mühafizə olunub, hazırda isə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyinin ekspozisiyasında nümayiş etdirilməkdədir.

Qeyd olunub ki, Kamil Əliyevin eskizləri əsasında toxunmuş xalçalar 1998-ci ildə iki dəfə dünyanın nüfuzlu mükafatına layiq görülüb. Görkəmli sənətkarın  ömrü boyu varlığı qədər sevdiyi, inkişafına çalışdığı, çeşnilərini yeniləşdirdiyi, naxışlarını zənginləşdirdiyi Azərbaycan xalçaları YUNESKO-nun Qeyri-maddi İrs Siyahısına düşüb.

Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov və digər çıxış edənlər rəsssamın zəngin yaradıcılığının bilinməyən məqamlarına işıq tutublar.

Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev 2021-ci il 12 oktyabrda  xalq rəssamı “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 16 oktyabr tarixli Sərəncamla təsdiq etdiyi “Tədbirlər Planı”na əsasən yubileyin muxtar respublikada dövlət səviyyəsində qeyd olunur.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: