Tarix Muzeyində Vətən müharibəsi şəhidi Anar Əliyevə məxsus əşyalar qorunur

A- A A+

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda Vətən müharibəsi şəhidi Anar Əliyevə məxsus əşyalar qorunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə muzeydən məlumat verilib.

Polkovnik-leytenant, Vətən müharibəsi şəhidi Anar Əliyev 1980-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1997-2001-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. O, Vətən müharibəsində düşmənə qarşı döyüşlərdə fədakarlıq, qəhrəmanlıq nümunəsi göstərib.

Anar Əliyev Xocavənddə gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: