Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu LMQS layihəsinin monitorinqi Azərbaycan Texniki Universitetində keçirilib

A- A A+

Azərbaycan Texniki Universitetində Avropa Birliyinin Erasmus+ LMQS “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində monitorinq keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovun rəhbərlik etdiyi monitorinqdə ölkəmizdən olan bütün yerli tərəfdaşlar, Azərbaycan Texniki Universitetinin Biotibbi texnologiya mühəndisliyi, İ.M. Seçenov adına Moskva Birinci Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi, Nüvə Təbabəti mərkəzi iştirak edib.

Görüşdə AzTU-nun professoru Həsən Hüseynov həyata keçirilən işlər barədə danışaraq gələcək perspektivlər haqqında məlumat verib. Milli Erasmus+ Offisinin Monitorinq və təşviqat üzrə əməkdaşı Zəfər Həsənovun layihə ilə bağlı sualları cavablandırılıb.

Xatırladaq ki, layihənin monitorinqində NDU-nu “Xarici dillər” fakültəsi “Roman-german dilləri” kafedrasının baş müəllimi Əzizə Əliyeva və Tibb fakültəsinin dosenti, universitet xəstəxanasının baş həkimi, həkim-pediatr Elmar Rzayev iştirak edib. Görüş zamanı yerli tərəfdaşlar arasında layihə ilə bağlı fikir mübadiləsi aparlıb və bəzi məsələlər müzakirə olunub.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: