Şərurda məktəblilərin flüoroqrafik müayinələri aparılır - FOTOLAR

A- A A+

Şərur Rayon Uşaq Xəstəxanasında 9-11-ci sinif şagirdlərinin flüoroqrafiya müayinəsi aparılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk mərhələdə rayonun Mahmudkənd tam orta məktəbinin 60 yuxarı sinif şagirdi profilaktik flüoroqrafik müayinələrdən keçirilib.

Xəstəlik halları müşahidə olunmayıb. Bu müayinə ən çox profilaktik məqsədlə - vərəm və bir sıra xəstəlikləri vaxtında aşkarlamaq, yayılmasının qarşısını almaq, ağciyərlərdə və sinədə patologiyaları müəyyənləşdirməyə xidmət edir. 

Müayinələr noyabrın  sonunadək davam edəcək. 

Qeyd edək ki, immunprofilaktikaya dair vacib proqramların həyata keçirilməsinin nəticəsidir ki, əhalinin müxtəlif qrupları arasında bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçə infeksion patologiya isə tam ləğv olunub.

                                                                                                                                                                                                                                                                                                                                             Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: