Biz informatika fənnini tədris edən müəllimlərlə görüşmüşük. Proqramın üzərində işlənilməsinə başlanılıb. Gələcəkdə imtahan əvvəlcə kağız daşıyıcılarında olacaq. Daha sonra isə kompüter vasitəsilə olacaq. Bu il mart ayında, bəlkə də tez növbəti il üçün proqramı ictimaiyyətə təqdim edəcəyik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda valideynlərin və müəllimlərin suallarını cavablandırarkən deyib.