55 şagird Respublika Fənn Müsabiqəsinin qalibi olub - FOTOLAR

A- A A+

Oktyabrın 28-də VI Respublika Fənn Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. “Həyata keçirilən tədbirlər sayəsində şagirdlərimiz milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi formalaşırlar”,- deyən təhsil naziri bildirib ki, istedadlı uşaqların adları Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər. Şagirdlərin özünə inam hissinin formalaşdırılması, ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarının aşkara çıxarılması, onların Beynəlxalq Olimpiadalara hazırlanması, təhsildə sağlam rəqabət mühitinin yaradılması istiqamətində əhəmiyyəti nəzərə alınaraq ötən tədris ilində Respublika Fənn Müsabiqəsi keçirilib, 55 şagird müsabiqənin qalibi olub.

Təhsil Naziri qalibləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Tədbirin sonunda I-III yerin qaliblərinə medal və diplomlar, IV yerin qaliblərinə isə sertifikatlar təqdim edilib. Qeyd edək ki, aprelin 26-27-də məktəblilərin Respublika Fənn Müsabiqəsinin şəhər və rayon mərhələsi, mayın 25-də isə final mərhələsi keçirilib. Müsabiqənin şəhər və rayon mərhələsində 470, final mərhələsində isə 147 şagird iştirak edib. Müsabiqənin nəticələri uğurlu olub, şagirdlərdən 6-sı qızıl, 12-si gümüş, 18-i bürünc medala layiq görülüb, 19-u isə IV yerin qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: