“Naxçıvan” Universitetində “Bədii ədəbiyyatda ana dilimizin tərənnümü” mövzusunda elmi konfrans keçirilib. - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransda universitetin rektoru, dosent Nurlana Əliyeva ana dilinin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu vurğulayıb.  Qeyd edilib ki, ölkəmizdə ana dilinin qorunması və inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması istiqamətində mühüm dövlət siyasəti həyata keçirilir.

Professor Sədaqət Həsənovanın “Poetik əsərlərin dilində ana dilinin tərənnümü”, dosent İman Cəfərlinin “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələsi” mövzularında çıxışı dinlənilib.

Konfransda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Aynur Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: